Xəbərlərs

13.04.2018

Coğrafiya fənni üzrə hazırlıq kursu

13 aprel 2018-ci il tarixdə, saat 9:00-da Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə hazırlıq kursunun 2-ci dərsi keçirilib.

Dərsin mövzusu “Coğrafiya fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında tapşırıqların hazırlanması və onların formaları” haqqında olmuşdur.



Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.
Moderator Ş.İskəndərova mövzu ilə bağlı təqdimat etmişdir. 


Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.

Növbəti dərs 20 aprel 2018-ci il tarixdə, saat 9:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.
 


Back to News