Xəbərlərs

13.04.2018

Riyaziyyat fənni üzrə hazırlıq kursu

13 aprel 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənni üzrə hazırlıq kursunun 2-ci dərsi keçirilib.

Dərsin mövzusu “Riyaziyyat fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında tapşırıqların hazırlanması və onların formaları” haqqında olmuşdur. 



Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.
Moderator A.Abdullayev mövzu ilə bağlı təqdimat etmişdir. 

 

Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.

Növbəti dərs 20 aprel 2018-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.  


Back to News