Xəbərlərs

16.04.2018

İngilis dili fənni üzrə hazırlıq kursu

16 aprel 2018-ci il tarixdə, saat 9:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə hazırlıq kursunun 2-ci dərsi keçirilib.

Dərsin mövzusu “İngilis dili fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında tapşırıqların hazırlanması və onların formaları” haqqında olmuşdur.

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.
Moderatorlar Ş.Musayeva və X.Cəfərova mövzu ilə bağlı təqdimat etmişlər.

Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.

Növbəti dərs 23 aprel 2018-ci il tarixdə, saat 9:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.   


Back to News