Xəbərlərs

16.04.2018

Azərbaycan dili fənni üzrə hazırlıq kursu

16 aprel 2018-ci il tarixdə, saat 15:00-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənni üzrə hazırlıq kursunun 2-ci dərsi keçirilib.
Dərsin mövzusu “Mətnlərə verilən tələblər və nümunələr” olmuşdur.



Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.
Moderator S.İbrahimov mövzu ilə bağlı təqdimat etmişdir. 


Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.

Növbəti dərs 23 aprel 2018-ci il tarixdə, saat 15:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.    


Back to News