Xəbərlərs

04.05.2018

Riyaziyyat fənni üzrə hazırlıq kursu

04 may 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənni üzrə hazırlıq kursunun 5-ci dərsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər. 



Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi olub. Moderator və digər kurs iştirakçıları referatlar barədə öz fikirlərini bildirmişlər.


Dərsin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Növbəti dərs 11 may 2018-ci il tarixdə, saat 09:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.    


Back to News