Xəbərlərs

07.05.2018

İngilis dili fənni üzrə hazırlıq kursu

7 may 2018-ci il tarixdə, saat 09:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə hazırlıq kursunun 5-ci dərsi keçirilib.

Dərsin mövzusu “İngilis dili fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında tərtib edilmiş dinləmə mətni və ona aid tapşırıqların qiymətləndirmə meyarları” haqqında olmuşdur.


Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.
Moderatorlar Ş.Musayeva və X.Cəfərova mövzu ilə bağlı təqdimat etmişlər.


Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.

Növbəti dərs 14 may 2018-ci il tarixdə, saat 9:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir. 


Back to News