Xəbərlərs

10.05.2018

İngilis dili fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “English” vəsaitinin hazırlanması ilə bağlı məlumat

10 may 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində yeni “English” vəsaitinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib.

Gündəlik məsələ müvafiq bölmələrə uyğun yazılmış yeni tipli tapşırıqların müzakirəsi olub. Müzakirə zamanı işçi qrupunun üzvləri gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş və təkliflər vermişdir.

Növbəti iclasda (14 may 2018-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirə davam etdiriləcək.    


Back to News