Xəbərlərs

14.05.2018

Azərbaycan dili fənni üzrə hazırlıq kursu

14 may 2018-ci il tarixdə, saat 15:00-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənni üzrə hazırlıq kursunun 6-cı dərsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.
Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi olub. Moderator və digər kurs iştirakçıları referatlar barədə öz fikirlərini bildirmişlər.
Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.

Növbəti dərs 21 may 2018-ci il tarixdə, saat 15:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.     


Back to News