Xəbərlərs

24.05.2018

Tarix fənni üzrə hazırlıq kursu

24 may 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə hazırlıq kursunun 8-ci dərsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.


Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi olub. Moderator və digər kurs iştirakçıları referatlar barədə öz fikirlərini bildiriblər.

Dərsin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Növbəti dərs 31 may 2018-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcək.


Back to News