Xəbərlərs

30.05.2018

Rus dili fənni üzrə hazırlıq kursu

30 may 2018-ci il tarixdə, saat 12:00-da Dövlət İmtahan Mərkəzində Rus dili fənni üzrə hazırlıq kursunun 7-ci dərsi keçirilib. 

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.  

 

Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi olub. Moderator V.Ələkbərova və digər kurs iştirakçıları referatlar barədə öz fikirlərini bildirmişlər. 

Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır. 

Növbəti dərs 6 iyun 2018-ci il tarixdə, saat 12:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.    


Back to News