Xəbərlərs

31.05.2018

Tarix fənni üzrə hazırlıq kursu

31 may 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə hazırlıq kursunun 9-cu dərsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.



Dərsin mövzusu 6 may tarixində 10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarının statistik göstəricilər əsasında müzakirəsi olub. Kurs iştirakçıları gündəlik məsələ barədə öz fikirlərini bildirib, təkliflər veriblər. Dərsin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Növbəti dərs 7 iyun 2018-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcək.


Back to News