Xəbərlərs

04.06.2018

İngilis dili fənni üzrə hazırlıq kursu

4 iyun 2018-ci il tarixdə, saat 09:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə hazırlıq kursunun 8-ci dərsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər. 

  
Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi olub. Moderatorlar və digər kurs iştirakçıları referatlar barədə öz fikirlərini bildirmişlər.
Dərsin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılıb. 
  

Növbəti dərs 11 iyun 2018-ci il tarixdə, saat 09:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.   


Back to News