Xəbərlərs

04.06.2018

Azərbaycan dili fənni üzrə hazırlıq kursu

04 iyun 2018-ci il tarixdə, saat 15:00-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənni üzrə hazırlıq kursunun 8-ci dərsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər. 

Kurs iştirakçıları kalibrləmə prosesində iştirak ediblər. 

Dərsin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılıb. 
 
Kursu müvəffəqiyyətlə başa vurmuş müəllimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilib. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış seminar iştirakçıları müqavilə əsasında qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması (marker kimi) üçün DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.  


Back to News