Xəbərlərs

12.06.2018

Alman dili fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “Deutsch” vəsaitinin hazırlanması ilə bağlı məlumat

12 iyun 2018-ci il tarixdə, saat 15:00-da Dövlət İmtahan Mərkəzində yeni “Deutsch” vəsaitinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib.

Gündəlik məsələ “Dil qaydaları” bölməsinə aid mövzuların müzakirəsi olub. Müzakirə zamanı işçi qrupunun üzvləri gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş və təkliflər vermişdir.

Növbəti iclasda (14 iyun 2018-ci il tarixdə, saat 15:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirə davam etdiriləcək. 


Back to News