Xəbərlərs

13.06.2018

Rus dili fənnindən yeni təhsil proqramı (kurikulum) üzrə 11-ci siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

13 iyun 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramı (kurikulum) üzrə 11-ci siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı yaradılmış müəllif qrupunun iclası keçirilib.

Gündəlik məsələ 1-ci tədris vahidi (“Cловосочетание”) üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi olub. Müzakirədə tədris vahidinə aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Аудирование и говорение”, “Чтение”, “Письмо”, “Языковые правила” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb.

Növbəti iclasda (20 iyun 2018-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) 2-ci tədris vahidi (“Предложение”) üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılacaq.


Back to News