Xəbərlərs

12.06.2018

Dövlət İmtahan Mərkəzində Riyaziyyat fənnindən iclas keçirilmişdir

Dövlət İmtahan Mərkəzində 12 iyun 2018-ci il tarixdə 2019-cu ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması məqsədilə Riyaziyyat fənnindən iclas keçirilmişdir. 


Gündəlik məsələ 2019-cu ildə keçiriləcək imtahanların məzmunu ilə bağlı materialların hazırlanması üçün fənn kurikulumuna əsasən proqramların müzakirəsi olmuşdur. 
 
Müzakirədə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri və hazırlıq kursunun müdavimləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Növbəti iclasda (22 iyun 2018-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirələr davam etdiriləcək. 


Back to News