Xəbərlərs

01.06.2018

Coğrafiya fənnindən yeni təhsil proqramı (kurikulum) üzrə XI siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

01 iyun 2018-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramı (kurikulum) üzrə XI siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilmişdir.


Gündəlik məsələ kitabçanın müəlliflərinin müəyyən edilməsi, strukturunun dəqiqləşdirilməsi, coğrafi məkan, təbiət və cəmiyyət məzmun xətləri üzrə yoxlanılması mümkün olan alt standartların seçilməsi, tədris vahidləri əsasında hazırlanacaq variantların bölgüsünün aparılması olmuşdur.

İclasda ümumtəhsil məktəblərində coğrafiya fənnini yeni təhsil proqramı (kurikulum) əsasında tədris edən müəllimlər və bu proqramla tanış olan mütəxəssislər arasından kitabçanı hazırlayacaq müəlliflər seçilmişdir. Həmçinin kitabçanın strukturu dəqiqləşdirilmiş, yoxlanılacaq alt standartlar seçilmiş, tədris vahidləri əsasında hazırlanacaq variantların bölgüsü aparılmışdır.

“Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanmasında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən http://www.trims.edu.az saytında yerləşdirilmiş IX sinif “Coğrafiya” dərslik komplekti maketi layihəsinin elektron versiyasına istinad ediləcək.

Növbəti iclasda (08 iyun 2018-ci il tarixdə, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılacaq. 


Back to News