Xəbərlərs

13.06.2018

Dövlət İmtahan Mərkəzində Fizika fənnindən iclas keçirilmişdir

Dövlət İmtahan Mərkəzində 13 iyun 2018-ci il tarixdə 2019-cu ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması məqsədilə Fizika fənnindən iclas keçirilmişdir.

Gündəlik məsələ 2019-cu ildə keçiriləcək imtahanların məzmunu ilə bağlı materialların hazırlanması üçün fənn kurikulumuna əsasən proqramların müzakirəsi olmuşdur.

Müzakirədə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri və hazırlıq kursunun müdavimləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Növbəti iclasda (20 iyun 2018-ci il tarixdə, saat 9:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirələr davam etdiriləcək.  


Back to News