Xəbərlərs

14.06.2018

İngilis dili fənnindən yeni təhsil proqramı (kurikulum) üzrə 11-ci siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

14 iyun 2017-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramı (kurikulum) üzrə 11-ci siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı yaradılmış müəllif qrupunun iclası keçirilib.

Gündəlik məsələ 1-ci tədris vahidi (“Health”) üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi olub. Müzakirədə tədris vahidinə aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Dinləyib-anlama”, “Danışma”, “Oxu”, “Yazı” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb.

Növbəti iclasda (20 iyun 2017-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) 2-ci tədris vahidi (“Generation”) üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılacaq. 


Back to News