Xəbərlərs

08.06.2018

Riyaziyyat fənnindən yeni təhsil proqramı (kurikulum) üzrə XI siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

08 iyun 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramı (kurikulum) üzrə XI siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı yaradılmış müəllif qrupunun iclası keçirilmişdir.

Gündəlik məsələ 1-ci və 2-ci tədris vahidi üzrə (“Çoxhədlilər” və “Fəzada vektorlar”) hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi olmuşdur. Müzakirədə tədris vahidinə aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Ədədlər və əməllər”, “Cəbr və funksiyalar”, “Həndəsə”, “Ölçmə”, “Statistika və ehtimal” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanılmışdır. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirmiş, təkliflər vermişlər.

Növbəti iclasda (22 iyun 2018-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) 3-cü və 4-cü tədris vahidi üzrə (“Limit” və “Düz xəttin və müstəvinin tənlikləri”) hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılacaq. 


Back to News