Xəbərlərs

08.06.2018

Coğrafiya fənnindən yeni təhsil proqramı (kurikulum) üzrə XI siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

08 iyun 2018-ci il tarixdə, saat 09:00-da Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramı (kurikulum) üzrə XI siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı yaradılmış müəllif qrupunun iclası keçirilmişdir.

Gündəlik məsələ 1-ci və 2-ci tədris vahidi üzrə (“Xəritə – Coğrafi informasiya vasitəsidir” və “Təbiətdən səmərəli istifadə”) hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi olmuşdur. Müzakirədə tədris vahidinə aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Coğrafi məkan”, “Təbiət” və “Cəmiyyət” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanılmışdır. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirmiş, təkliflər vermişlər.

Növbəti iclasda (22 iyun 2018-ci il tarixdə, saat 09:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) 3-cü və 4-cü tədris vahidi üzrə (“Dünyanın demoqrafik mənzərəsi” və “İqtisadi inkişafın istiqamətləri”) hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılacaq. 


Back to News