Xəbərlərs

20.06.2018

Dövlət İmtahan Mərkəzində Rus dili fənnindən iclas keçirilmişdir

Dövlət İmtahan Mərkəzində 20 iyun 2018-ci il tarixdə 2019-cu ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması məqsədilə Rus dili fənnindən iclas keçirilmişdir.

Gündəlik məsələ 2019-cu ildə keçiriləcək imtahanların məzmunu ilə bağlı materialların hazırlanması üçün fənn kurikulumuna əsasən proqramların müzakirəsi olmuşdur.

Müzakirədə Bakı şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və hazırlıq kursunun müdavimləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir. 


Növbəti iclasda (27 iyun 2018-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirələr davam etdiriləcək.  


Back to News