Xəbərlərs

20.06.2018

Dövlət İmtahan Mərkəzində ərəb dili və fars dili fənlərindən iclas keçirilib

Dövlət İmtahan Mərkəzində 20 iyun 2018-ci il tarixdə 2019-cu ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması məqsədilə ərəb dili və fars dili fənlərindən iclas keçirilib.

Gündəlik məsələ 2019-cu ildə keçiriləcək imtahanların məzmunu ilə bağlı materialların hazırlanması üçün fənn kurikulumuna əsasən proqramların müzakirəsi olmuşdur.

Müzakirədə Bakı şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilib və təkliflər verilib.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.


Back to News