Xəbərlərs

05.07.2018

Tarix fənnindən yeni təhsil proqramı (kurikulum) üzrə XI siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

5 iyul 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində tarix fənnindən yeni təhsil proqramı (kurikulum) üzrə XI siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı yaradılmış müəllif qrupunun iclası keçirilib.

Gündəlik hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi olub. Müzakirədə tədris vahidlərinə aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Tarixi zaman”, “Tarixi məkan”, “Dövlət”, “Şəxsiyyət”, “Mədəniyyət” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər.

Növbəti iclasda (12 iyul 2018-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) tapşırıq nümunələrinin müzakirəsi davam etdiriləcək. 


Back to News