Xəbərlərs

20.07.2018

Hazırlıq kurslarının fəaliyyəti haqqında məlumat

Dövlət İmtahan Mərkəzində (DİM) “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən, yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi, ekspertizası və onların meyarlar əsasında yoxlanılması üçün markerlərin hazırlanması ilə bağlı 4 aprel–25 iyun 2018-ci il tarixlərdə Azərbaycan dili, rus dili, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, ingilis dili və tarix fənlərindən keçirilmiş hazırlıq kursunun müdavimlərinə sertifikatlar təqdim edilib.

4 aprel 2018-ci il tarixdən başlamış hazırlıq kurslarında müvafiq fənn kurikulumu və imtahanda yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib, yeni tipli tapşırıqların formaları, məzmunu, situasiya tapşırıqlarının və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı mühazirələr dinlənilib. 


Back to News