Xəbərlərs

01.08.2018

Xaçmazda yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursunda iştirak etmiş müəllimlərə sertfikatlar təqdim edilib

Avqustun 1-də Dövlət İmtahan Mərkəzinin Xaçmaz Regional Bölməsində yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursunda iştirak etmiş müəllimlərə sertfikatların təqdim edilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə Xaçmaz, Quba, Şabran və Qusar rayonlarının ümumtəhsil məktəblərinin müəllimləri, ekspertlər, təhsil şöbələrinin səlahiyyətli nümayəndələri və s. iştirak ediblər.

Tədbirdə 4 fənn (Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya) üzrə 16 müəllimə müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, sertifikat almış şəxslər gələcəkdə müqavilə əsasında qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması (marker kimi) üçün DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.






Back to News