Xəbərlərs

02.08.2018

Bərdədə yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursunda iştirak etmiş müəllimlərə sertfikatlar təqdim edilib

Avqustun 2-də Dövlət İmtahan Mərkəzinin Bərdə Regional Bölməsində yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursunda iştirak etmiş müəllimlərə sertfikatların təqdim edilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə Bərdə və Tərtər rayonlarının ümumtəhsil məktəblərinin müəllimləri, ekspertlər və s. iştirak ediblər.

Tədbirdə 3 fənn (Azərbaycan dili, riyaziyyat, coğrafiya) üzrə 11 müəllimə müvafiq sertifikatlar təqdim edilib.

Sertifikat almış şəxslər gələcəkdə müqavilə əsasında qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması (marker kimi) üçün DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.











Back to News