Xəbərlərs

01.10.2018

Dövlət İmtahan Mərkəzi yeni qəbul qaydaları ilə bağlı Quba şəhərində 5-6 oktyabr 2018-ci il tarixdə elmi metodiki seminarlar keçirəcək

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinə dair Quba şəhərində Dövlət İmtahan Mərkəzinin keçirəcəyi seminarların proqramı

5 oktyabr 2018-ci il

 

İclasın başlanma vaxtı: saat 12:30 

İclasın keçiriləcəyi ünvan: Quba Şəhər Heydər Əliyev Mərkəzi (Quba şəhəri, H.Əliyev adına Mədəniyyət və istirahət parkı)

 

Plenar iclas

 

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında

 

Məleykə xanım Abbaszadə – Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri

 

Riyaziyyat fənni üzrə

 

1. Buraxılış və qəbul imtahanlarının yeni qaydaları haqqında

Afiqə Batıyeva Dövlət İmtahan Mərkəzinin şöbə müdiri

 

2. Buraxılış və qəbul imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında 

Aydın Qasımov – Dövlət İmtahan Mərkəzinin sektor müdiri

İngilis dili fənni üzrə

 

1. Buraxılış və qəbul imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında 

Şəhla Musayeva – Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi


 

6 oktyabr 2018-ci il

 

İclasın başlanma vaxtı: saat 10:00 

İclasın keçiriləcəyi ünvan: A.Məmmədov adına Təbiət fənləri üzrə 2 nömrəli şəhər məktəb‑liseyi (Quba şəhəri, Əliqulu Nərimanov küç. 56)

 

Azərbaycan dili fənni üzrə


1. Buraxılış və qəbul imtahanlarının yeni qaydaları haqqında məlumat 

Afiqə Batıyeva Dövlət İmtahan Mərkəzinin şöbə müdiri

2. Buraxılış və qəbul imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında  

Saməddin İbrahimov – TDV BTL-in müəllimi

Coğrafiya fənni üzrə


1. Qəbul imtahanı proqramı, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında 

Nərminə Seyfullayeva – BDU-nun dosenti

 

Fizika fənni üzrə


1. Qəbul imtahanı proqramı, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında 

Əlövsət Rəcəbli – Bakı Modern Təhsil Kompleksinin müəllimi



Back to News