Xəbərlərs

03.10.2018

Rus dili və ədəbiyyat fənni üzrə elmi-metodiki seminar

Dövlət İmtahan Mərkəzində 3 oktyabr 2018-ci il tarixdə saat 14:00-da Rus dili və ədəbiyyat fənni üzrə elmi-metodiki seminar keçirilib.
Gündəlik məsələlər:
1. 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında;
2. Rus dili fənnindən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarının müzakirəsi və təsdiqi;
3. Rus dili və ədəbiyyat fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi və təsdiqi olub.

DİM-in şöbə müdiri Afiqə Batıyeva 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı iştirakçılara məlumat verib. 

 

Rus dili fənni üzrə seminarın rəhbəri V.Ələkbərova 2019-cu ilin buraxılış və qəbul imtahanlarında Rus dili fənnindən mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verərək proqramları müzakirəyə təqdim edib.

Ədəbiyyat (rus bölməsi) fənni üzrə seminarın rəhbəri, filologiya elmləri doktoru Q.Hüseynov 2019-cu ilin qəbul imtahanında mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verərək proqramı müzakirəyə təqdim edib. 
  

Müzakirələr nəticəsində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış və qəbul proqramları təsdiq edilib. Proqramlar yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.
Növbəti seminarda (10 oktyabr 2018-ci il tarixdə, saat 14:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) buraxılış və qəbul imtahanlarının məzmunu üçün modelin müzakirəsi aparılacaq. 


Back to News