Xəbərlərs

03.10.2018

Şərq dilləri (ərəb və fars) fənni üzrə elmi-metodiki seminar

Dövlət İmtahan Mərkəzində 3 oktyabr 2018-ci il tarixdə saat 15:00-da Şərq dilləri (ərəb və fars) fənni üzrə elmi-metodiki seminar keçirilib. 

Gündəlik məsələlər: 
1. 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında; 
2. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarının müzakirəsi və təsdiqi. 

 DİM-in sektor müdiri C.Orucov 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı iştirakçılara məlumat verib. 

Fars dili fənni üzrə seminarın rəhbəri F.Firidova 2019-cu ilin ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verərək proqramları müzakirəyə təqdim edib. 

Ərəb dili fənni üzrə M.Qəmbərli 2019-cu ilin ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verərək proqramları müzakirəyə təqdim edib. Müzakirələr nəticəsində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları təsdiq edilib. 

Proqramlar yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Növbəti seminarda (10 oktyabr 2018-ci il tarixdə, saat 15:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) buraxılış imtahanlarının məzmunu üçün modelin müzakirəsi aparılacaq.


Back to News