Xəbərlərs

04.10.2018

Biologiya fənni üzrə elmi-metodiki seminar

4 oktyabr 2018-ci il tarixdə saat 10:00-da Biologiya fənni üzrə elmi-metodiki seminar keçirilib.

Seminarın gündəlik məsələləri:

1. 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında;

2. Biologiya fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi və təsdiqi olub. 




Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak edib.

Metodika və monitorinq şöbəsinin müdiri Afiqə Batıyeva 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında məlumat verib və ona ünvanlanan sualları cavablandırıb. 


Seminarın rəhbəri b.e.n. T. Məmmədxanlı 2019-cu ilin qəbul imtahanında Biologiya fənnindən mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verərək proqramı müzakirəyə təqdim edib.

Müzakirələr nəticəsində qəbul proqramı təsdiq edilib. 

Qəbul proqramı yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Növbəti seminarda (11 oktyabr 2018-ci il tarixdə, saat 10:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) qəbul imtahanlarının məzmunu üçün modelin müzakirəsi aparılacaq.


Back to News