Xəbərlərs

05.10.2018

Coğrafiya fənni üzrə elmi-metodiki seminar

Dövlət İmtahan Mərkəzində 5 oktyabr 2018-ci il tarixdə saat 10:00-da Coğrafiya fənni üzrə elmi-metodiki seminar keçirilib.
Seminarın gündəlik məsələləri:

1. 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında;

2. Coğrafiya fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi və təsdiqi olub.


Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak edib.

DİM-in sektor müdiri Xədicə Əzimova 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında məlumat verib və ona ünvanlanan sualları cavablandırıb.


 

Seminarın rəhbəri c.e.d. F. İmanov 2019-cu ilin qəbul imtahanında Coğrafiya fənnindən mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verərək proqramı müzakirəyə təqdim edib. 

Növbəti seminarda (12 oktyabr 2018-ci il tarixdə, saat 10:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.


Back to News