Xəbərlərs

05.10.2018

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

Dövlət İmtahan Mərkəzində 5 oktyabr 2018-ci il tarixdə saat 12:30-da Riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilib.
Gündəlik məsələlər:
1. 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında;
2. Riyaziyyat fənnindən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarının müzakirəsi və təsdiqi;
3. Riyaziyyat fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi və təsdiqi olub.

DİM-in sektor müdiri Xədicə Əzimova 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı iştirakçılara məlumat verib və ona ünvanlanan sualları cavablandırıb.


  
Riyaziyyat fənni üzrə seminarın rəhbəri f.-r.e.d. M.Yaqubov 2019-cu ilin buraxılış və qəbul imtahanlarında Riyaziyyat fənnindən mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verərək proqramları müzakirəyə təqdim edib.


Müzakirələr nəticəsində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramı təsdiq edilib.

Növbəti seminarda (12 oktyabr 2018-ci il tarixdə, saat 12:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.  


Back to News