Xəbərlərs

08.10.2018

Dövlət İmtahan Mərkəzi yeni qəbul qaydaları ilə bağlı Quba şəhərində 6 oktyabr 2018-ci il tarixdə elmi-metodiki seminarlar keçirib

Seminarların əvvəlində Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva buraxılış və qəbul imtahanlarının yeni qaydaları haqqında məlumat verib və müəllimləri maraqlandıran sualları cavablandırıb.

Azərbaycan dili fənni üzrə seminarda TDV BTL-in müəllimi Saməddin İbrahimov buraxılış (9 və 11-illik təhzil bazaları əsasında) və qəbul imtahanlarında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqramlar haqqında məlumat verərək test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib. 




Coğrafiya fənni üzrə seminarda BDU-nun dosenti Nərminə Seyfullayeva qəbul imtahanında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqram haqqında məlumat verərək test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib. 



Fizika fənni üzrə seminarda Bakı Modern Təhsil Kompleksinin müəllimi Əlövsət Rəcəbli qəbul imtahanında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqram haqqında məlumat verərək test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.
 


Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırılıb.


Back to News