Xəbərlərs

08.10.2018

Fransız dili fənni üzrə elmi-metodiki seminar

Dövlət İmtahan Mərkəzində 8 oktyabr 2018-ci il tarixdə saat 13:00-da Fransız dili və ədəbiyyat fənni üzrə elmi-metodiki seminar keçirilib.
Gündəlik məsələlər:
1. 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının modeli haqqında;
2. İngilis dili fənnindən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarının müzakirəsi və təsdiqi;

DİM-in sektor müdiri Cavanşir Orucov 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı iştirakçılara məlumat verib.

Seminarın rəhbəri ADU-nun professoru, f.f.d. Ç. Babaxanova 2019-cu ilin buraxılış imtahanlarında fransız dili fənnindən mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verərək proqramları müzakirəyə təqdim edib.

Müzakirələr nəticəsində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış proqramları təsdiq edilib. Proqramlar yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.
Növbəti seminarda (15 oktyabr 2018-ci il tarixdə, saat 13:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) buraxılış imtahanlarının məzmunu üçün modelin müzakirəsi aparılacaq.  


Back to News