Xəbərlərs

08.10.2018

Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar

Dövlət İmtahan Mərkəzində 8 oktyabr 2018-ci il tarixdə saat 13:30-da Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirilib.


Gündəlik məsələlər:

1. 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında;

2. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarının müzakirəsi və təsdiqi.

3. Azərbaycan dili və ədəbiyyat fənlərindən ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi və təsdiqi olub.

DİM-in şöbə müdiri Afiqə Batıyeva 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı iştirakçılara məlumat verib.


 

Azərbaycan dili fənni üzrə seminarın rəhbəri T.Hacıyev 2019-cu ilin ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında Azərbaycan dili fənnindən mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verərək proqramları müzakirəyə təqdim edib. 



Müzakirələr nəticəsində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları təsdiq edilib. Proqramlar yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Növbəti seminarda (15 oktyabr 2018-ci il tarixdə, saat 13:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) buraxılış imtahanlarının məzmunu üçün modelin müzakirəsi aparılacaq.


Back to News