Xəbərlərs

09.10.2018

Kimya fənni üzrə elmi-metodiki seminar

9 oktyabr 2018-ci il tarixdə saat 10:30-da Kimya fənni üzrə elmi-metodiki seminar keçirilib. 

Seminarın gündəlik məsələləri: 
1. 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında; 
2. Dövlət İmtahan Mərkəzinin otk.az saytında yerləşdirilmiş layihələr (Məktəb dərsliklərının mövzuları üzrə sınaq imtahanları, “Abituriyent” jurnalının 2018-ci ildə nəşr etdiyi Test toplularındakı test tapşırıqlarından ibarət, mövzular və bütövlükdə bölmə üzrə sınaq imtahanları) haqqında; 
3. Kimya fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi və təsdiqi olub. 

 

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak edib. 

Metodika və monitorinq şöbəsinin müdiri Afiqə Batıyeva 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında məlumat verib və ona ünvanlanan sualları cavablandırıb. 

 

2-ci məsələ ilə bağlı DİM-in əməkdaşı İ. Cəfərov layihələr haqqında məlumat verərək, internetdə əyani olaraq onların qeydiyyatını və təyinatını göstərib və ona ünvanlanan sualları cavablandırıb. 

 

Seminarın rəhbəri k.ü.f.d. V. Əliyev  2019-cu ilin qəbul imtahanında Kimya fənnindən mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verərək proqramı müzakirəyə təqdim edib. Seminarda həmçinin hərbi liseylərə qəbul proqramı da müzakirə edilib.

Müzakirələr nəticəsində proqramlar təsdiq edilib. 


Qəbul proqramı yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. 

Növbəti seminarda (16 oktyabr  2018-ci il tarixdə, saat 10:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) qəbul imtahanlarının məzmunu üçün modelin müzakirəsi aparılacaq. 


Back to News