Xəbərlərs

10.10.2018

Fizika fənni üzrə elmi-metodiki seminar

10 oktyabr 2018-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ qəbul imtahanlarının məzmunu üçün modelin müzakirəsi olub. 



Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak edib. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir. 


Növbəti seminarda (17 oktyabr 2018-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 20 may 2018-ci il tarixdə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili aparılacaq.


Back to News