Xəbərlərs

10.10.2018

Rus dili fənni üzrə elmi-metodiki seminar

10 oktyabr 2018-ci il tarixdə, saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənni üzrə elmi-metodiki seminar keçirilib. 

Gündəlik məsələ ümumi orta təhsil (9 illik) və tam orta təhsil (11illik) bazasından buraxılış imtahanlarının məzmunu üçün modelin müzakirəsi olub. 


Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak edib. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir. 

Növbəti seminarda (17 oktyabr 2018-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) qəbul imtahanlarının məzmunu üçün modelin müzakirəsi aparılacaq. 


Back to News