Xəbərlərs

02.11.2018

Coğrafiya fənni üzrə elmi-metodiki seminar

2 noyabr 2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə elmi-metodiki seminar keçirildi.

Gündəlik məsələ 26 iyul 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub. 




Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər.

Müzakirəsi aparılmış 4 (A variantı, 51-54 saylı, B variantı, 54, 61, 63, 68 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsinə görə təhlil edilib.


Növbəti seminarda (16 noyabr 2018-ci il tarixdə, saat 10:00; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.   


Back to News