Xəbərlərs

02.11.2018

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

2 noyabr 2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzində riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirildi.

Gündəlik məsələ 20 may 2018-ci ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub.




Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər.

Müzakirəsi aparılmış 10 (A variantı, 1-10 saylı, B variantı, 1, 2, 5, 8, 9, 11, 14, 15, 17, 20 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilib. 



Növbəti seminarda (16 noyabr 2018-ci il tarixdə, saat 10:00; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.   


Back to News