Xəbərlərs

05.11.2018

İngilis dili fənni üzrə hazırlıq kursu

5 noyabr 2018-ci il tarixdə, saat 9:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə hazırlıq kursunun 3-cü dərsi keçirilib.  

Dərsin mövzusu “İngilis dili fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında oxu mətnlərinə qoyulan tapşırıqlar və onların formaları” haqqında olmuşdur. 

 

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.   Moderator X.Cəfərova mövzu ilə bağlı təqdimat etmişdir.  

 

Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.  

Növbəti dərs 12 noyabr 2018-ci il tarixdə, saat 9:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.  


Back to News