Xəbərlərs

05.11.2018

İngilis dili fənni üzrə elmi-metodiki seminar

5 noyabr 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə elmi-metodiki seminar keçirilib.  

Gündəlik məsələ 26 iyul 2018-ci ildə ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub. 


Müzakirəsi aparılmış 22 (A variantı, 104-125 saylı, B variantı, 104-106, 108-110, 121-125 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. 

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak edib. Müzakirə zamanı gündəlik məsələlər ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.  

Növbəti seminarda (12 noyabr 2018-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 20 iyul 2018-ci ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili aparılacaq.  


Back to News