Xəbərlərs

05.11.2018

Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar

05 noyabr 2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənni üzrə elmi-metodiki seminar keçirildi.

Gündəlik məsələ 20 may 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili oludu. 



Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər. 

Müzakirəsi aparılmış I qrup üzrə 7 (A variantı 94-100 saylı, B variantı 78, 85, 96, 97, 98, 99, 100 saylı), IV qrup üzrə 4 (A variantı 79, 83, 85, 89 saylı, B variantı 85, 92, 87, 93 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilib. 

 

Növbəti seminarda (12 noyabr 2018-ci il tarixdə, saat 13:30; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.   


Back to News