Xəbərlərs

06.11.2018

Kimya fənni üzrə elmi-metodiki seminar

6 noyabr 2018-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə elmi-metodiki seminar keçirilib. 

Gündəlik məsələ 20 may 2018-ci ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub. 

Seminarda iştirak edən Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər. 

Müzakirəsi aparılmış 25 (A variantı, 51-75 saylı, B variantı, 51-75 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib.

Növbəti seminarda (13 noyabr 2018-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 18 iyul 2018-ci il tarixdə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili aparılacaq.


Back to News