Xəbərlərs

06.11.2018

Kimya fənni üzrə hazırlıq kursu

6 noyabr 2018-ci il tarixdə, saat 09:00-da Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə hazırlıq kursunun 3-cü dərsi keçirilib.

Dərsin mövzusu “Kimya fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında tapşırıqların hazırlanması və onların formaları” haqqında olmuşdur.


Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.

Moderator X.Nağıyev mövzu ilə bağlı təqdimat etmişdir. Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır. 

Növbəti dərs 13 noyabr 2018-ci il tarixdə, saat 09:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir. 


Back to News