Xəbərlərs

07.11.2018

Rus dili fənni üzrə hazırlıq kursu

7 noyabr 2018-ci il tarixdə, saat 12:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənni üzrə hazırlıq kursunun 4-cü dərsi keçirilib.  

Dərsin mövzusu “Rus dili fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında mətnlər üzrə tapşırıqların hazırlanması” haqqında olmuşdur. 

 

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.  

Moderator V.Ələkbərova mövzu ilə bağlı təqdimat etmişdir. 

 

Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.  

Növbəti dərs 14 noyabr 2018-ci il tarixdə, saat 12:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.  


Back to News