Xəbərlərs

07.11.2018

Rus dili fənni üzrə elmi-metodiki seminar

7 noyabr 2018-ci il tarixdə, saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənni üzrə elmi-metodiki seminar keçirilib. 

Gündəlik məsələ 13 may 2018-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub. 

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər. Müzakirəsi aparılmış 8 (A variantı, 1, 3, 6, 7, 10-13 saylı, B variantı, 3, 8, 6,  12, 13-16 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. 

Növbəti seminarda (14 noyabr 2018-ci il tarixdə, saat 14:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.


Back to News