Xəbərlərs

07.11.2018

Fizika fənni üzrə elmi-metodiki seminar

7 noyabr 2018-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 20 may 2018-ci ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub. 


  
Seminarda iştirak edən Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Müzakirəsi aparılmış 10 (A variantı, 116-125 saylı, B variantı, 103, 105- 107, 109, 111, 112, 116, 118, 119, saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və nominasiyasına görə təhlil edilib. 

  

Növbəti seminarda (14 noyabr 2018-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 18 iyul 2018-ci ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili aparılacaq. 


Back to News