Xəbərlərs

07.11.2018

Fizika fənni üzrə hazırlıq kursu

7 noyabr 2018-ci il tarixdə, saat 09:00-da Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə hazırlıq kursunun
4-cü dərsi keçirilib.

Dərsin mövzusu “Fizika fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında situasiya tapşırıqlarının hazırlanması və qiymətləndirmə meyarları” haqqında olmuşdur. 



Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.
Moderator Ə.Rəcəbli mövzu ilə bağlı təqdimat etmişdir. 


Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.

Növbəti dərs 14 noyabr 2018-ci il tarixdə, saat 09:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.


Back to News